Operativ Məlumat Mərkəzi

ABŞ İnstitutu: "Rusiya Ukrayna əks-hücum əməliyyatlarına başlayana kimi Baxmır tam ələ keçirməyə çalışır"

2 dəq
Paylaş:
ABŞ İnstitutu: "Rusiya Ukrayna əks-hücum əməliyyatlarına başlayana kimi Baxmır tam ələ keçirməyə çalışır"

Silahlı Qüvvələri ordusu əks-hücum əməliyyatlarına başlayana kimi Donetsk vilayətinin Baxmut şəhərini tam ələ keçirməyə çalışır”.

“Operativ Məlumat Mərkəzi-OMM'' xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi itkilər verir:

“Gələcəkdə şəhərin ələ keçirilməsi mümkündür. Rusiya Baxmutun mümkün qədər tez ələ keçirilməsində maraqldır. Buna görə də əvvəlki ziddiyyətə baxmayaraq, Müdafiə Nazirliyi “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə artıq edir. Onlar Baxmutda koordinasiyalı davranırlar”.

Qeyd edək ki, 6 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

Xatırladaq ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi. Amma əməliyyatların başlayacağı konkret tarix açıqlanmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax