Operativ Məlumat Mərkəzi

ABŞ Harvard Universitetinə veriləcək federal maliyyəni dayandırmaq üçün hərəkətə keçdi

2 dəq
Paylaş:
ABŞ Harvard Universitetinə veriləcək federal maliyyəni dayandırmaq üçün hərəkətə keçdi

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti kampusda ilə bağlı şikayətlərin qədər araşdırılmadığı səbəbilə Universitetinin gələcək qrantlarına və maliyyələşdirməyə çıxışının qarşısını almaq üçün rəsmi proses başladıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Filistinə dəstək aksiyaları və müxtəliflik, bərabərlik və daxilolma proqramları səbəbilə uzun müddətdir federal hökumətin hədəfində olan Harvard Universiteti ilə Donald Tramp administrasiyası arasındakı mübahisə tərəflər arasında aparılan danışıqlara baxmayaraq davam edir.

Səhiyyə və İnsan Xidmətləri Departamenti universiteti kampus daxilində antisemitizm hadisələrinə qarşı qəsdən biganəlik göstərməkdə ittiham edərək, federal fondlardan məhrum edilməsi üçün Harvard Universitetini rəsmi araşdırma prosesinə yönləndirib.

Əgər proses Harvardın əleyhinə nəticələnərsə universitetin ABŞ hökuməti ilə yeni müqavilələr bağlaması və tədqiqat fondlarından faydalanması qadağan ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax