Əsas məzmuna keç

ABŞ-də seçki yarışı gərginləşir

ABŞ-də seçki yarışı gərginləşir

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası avqustda onun Respublikaçı rəqibi Donald Trampın kampaniyasından...

ABŞ-də prezidentlik yarışının qızışdığı bir vaxtda hər iki noyabrın 5-də keçirilməsi planlaşdırılan seçkilər öncəsi yüksək rəqabətli yarışın sonuna yaxınlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası avqustda onun Respublikaçı Trampın kampaniyasından təxminən üç dəfə çox vəsait xərclədiyini açıqlayıb.

Bundan əlavə, yarışa sonradan qoşulan Harrisin komandası avqust ayında 190 milyon dollar ianə topladığı halda, onun rəqibi Trampın kampaniyası cəmi 45 milyon dollar ianə toplayıb.

Ekspertlər isə ianə toplanmasının seçidə qalib gəlməyə zəmanət verilməsi kimi qəbul edilməsinin yanlış olduğunu deyir. Belə ki, 2016-cı il seçkilərində Tramp daha az ianə toplamasına baxmayaraq, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub etmişdi.

Harris və Tramp avqustda xərclərinin böyük hissəsinin reklamlara getdiyini, daha az məbləğin isə mitinqlərə, səyahətlərə və kampaniya işçilərinin maaşlarına xərcləndiyini açıqladı.

Baydenin Trampa qarşı canlı yayım debatında zəif çıxış etməsindən bir neçə həftə sonra Harrisin yarışa girməsi onun kampaniyasına ianələrin böyük artımına səbəb oldu.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…