Operativ Məlumat Mərkəzi

ABŞ-də ermənipərəst iş adamı prezident yarışmasından çıxıb

1 dəq
Paylaş:
ABŞ-də ermənipərəst iş adamı prezident yarışmasından çıxıb

İş Vivek Ramasvami ABŞ prezidentliyi yarışından çəkildiyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

V.Ramasvami Trampa zəng edərək onu respublikaçıların ştatında keçirilən praymerizini (ilkin seçkilər) qazanması münasibətilə təbrik edib. O, bundan sonra Trampı dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, bu şəxs erməni lobbisinə yaxınlığı ilə seçilir. Keçmiş separatçılarının müdafiəçisi kimi tanınır.

Xatırladaq ki, ABŞ-də respublikaçıların praymerizi yanvarın 15-də Ayova ştatında başlayıb. İlkin səsvermənin nəticələrinə görə, Ramasvami cəmi 7,8 faiz səs toplaya bilib. Keçmiş Donald Tramp təxminən 52 faiz səslə liderdir. İkinci yerdə isə Florida ştatının qubernatoru Ron Desantis qərarlaşıb. O, seçki yarışında iştirakını davam etdirmək niyyətində olduğunu açıqlayıb. İlk "üçlüyü" ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli qapayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax