Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 dəq
Paylaş:
900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-dən məlumat verilib.

Bildirilib ki, uşaqların himayəsinə qaytarılması prosesində ailələrə sosial tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.

"Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 964 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax