Əsas məzmuna keç

26 siyasi partiyadan 25-i hesabatını təqdim edib

26 siyasi partiyadan 25-i hesabatını təqdim edib

müvafiq məlumat MSK-nın saytında yerləşdirilib. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il...

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumat MSK-nın saytında yerləşdirilib.

Qanunvericiliyə əsasən, siyasi maliyyə hesabatlarını rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…