Operativ Məlumat Mərkəzi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut açılır

2 dəq
Paylaş:
“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut açılır

Dekabrın 9-dan Bakı- istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Agentliyindən (AYNA) məlumat verilib.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.

Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək.

Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
Qeyd edək ki, Bakı Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax