Əsas məzmuna keç

2 mindən çox şagird Milli Hakatonun növbəti mərhələsində yarışacaq 

2 mindən çox şagird Milli Hakatonun növbəti mərhələsində yarışacaq 

seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı...

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin mərhələsi başa çatıb. 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər də daxil olmaqla, ümumilikdə 47 şəhərdə yerləşən 75 mərkəzdə təşkil olunub. Mərkəzləşdirilmiş qaydada keçirilən seçim mərhələsi arasında İKT və proqramlaşdırma sahəsində potensial bacarıqların üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm daşıyıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…