Operativ Məlumat Mərkəzi

12 il əvvəl qadını öldürənlər Bakıda həbs olundu

2 dəq
Paylaş:
12 il əvvəl qadını öldürənlər Bakıda həbs olundu

12 il əvvəl adam öldürməkdə şəxslər məsuliyyətə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumat yayıb.

Bildirilib ki, ötən il dekabrın 27-də Rusiya Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan Baş Prokurorluğuna göndərilib.

İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax