Operativ Məlumat Mərkəzi

Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi

1 dəq
Paylaş:
Ölkəyə narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirildi
bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.  Bildirilib ki, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları...

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər