Binəqədidə silah-sursat aşkarlanıb

Binəqədidə silah-sursat aşkarlanıb
07.03.2025 12:14
Aa
dəq

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 avtomat silahı, 1 patron darağı və 19 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Həftənin ən çox oxunanları