Operativ Məlumat Mərkəzi

119 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb

1 dəq
Paylaş:
119 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb

Mayın 6-dan həyata keçirilən 2025-2026-cı ili üzrə uşaqların I qəbulu prosesi davam edir.

MÜTDA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu günə qədər artıq 119 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Nəzərə çatdırılıb ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax