Əsas məzmuna keç
Yusuf Məmmədəliyev
Foto: Oxu.az

Yusuf Məmmədəliyev

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Prezident Administrasiyası

Mənbə: president.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Yusuf Məmmədəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir. 1979-cu il yanvarın 23-də Bakıda anadan olub.

1997–2002-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsində, 2002–2005-ci illərdə BMT yanında Daimi Nümayəndəlikdə, 2005–2009-cu illərdə yenidən Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində, 2009–2011-ci illərdə Madriddəki səfirlikdə, 2011–2013-cü illərdə isə yenidən BMT yanında Daimi Nümayəndəlikdə çalışıb. 2013-cü ildə Xarici İşlər Nazirliyində departament direktoru olub, sonra Heydər Əliyev Fondunda ekspert və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrini icra edib. 2017-ci ildə Birinci vitse-prezidentin köməkçisi təyin edilib.

Mənbə: Oxu.az.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1999 — Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, Dövlət və Bələdiyyə İdarəçiliyi fakültəsi, bakalavr
  • 2001 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İnzibati İdarəetmə fakültəsi, fərqlənmə diplomu ilə magistr