Xələf Alı oğlu Xələfov
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Tərcümeyi-hal
Xələf Əli oğlu Xələfov 1959-cu il sentyabrın 21-də keçmiş Ermənistan SSR ərazisində anadan olub. 1977–1982-ci illərdə Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb, 1990–1991-ci illərdə keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında aspiranturada oxuyub.
1983–1990-cı illərdə Daxili İşlər Nazirliyində müfəttiş və şöbə müdiri vəzifələrində çalışıb. 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində ikinci katib olub, 1992–1997-ci illərdə Müqavilə-Hüquq şöbəsinin, sonra idarəsinin rəhbəri vəzifəsini tutub. 1997–2018-ci illərdə xarici işlər nazirinin müavini, 2018–2019-cu illərdə Nazirlər Kabineti Aparatının rəhbəri, 2019-cu ildə yenidən xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.
2002-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi, 2018-ci ildə birinci dərəcəli dövlət müşaviri rütbəsi verilib. 2009-cu ildə "Azərbaycanın əməkdar hüquqşünası" fəxri adına və Polşanın "Böyük Zabit" ordeninə, 2019-cu ildə "Vətənə xidmətə görə" II dərəcəli ordenə layiq görülüb.
2023-cü il iyulun 24-də Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Mənbə: Oxu.az.
Təhsil
- 1977–1982 — Kiyev Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası
- 1990–1991 — keçmiş SSRİ XİN Diplomatiya Akademiyası, aspirantura
Xəbərlərdə
-
Hakan Fidan Xələf Xələfovla görüşdü 25 noyabr 2025
-
Xələf Xələfov İran Prezidenti ilə görüşüb 4 oktyabr 2023
-
Xələf Xələfov 3 oktyabr 2023
-
Xələf Xələfov vəzifəsindən azad edilib 24 iyul 2023