Tural Aydın oğlu Hacılı
İcraçı direktorun müavini
Tərcümeyi-hal
Tural Aydın oğlu Hacılı 7 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 2011-ci ildə bank sektorunda başlayıb, sonra özəl şirkətdə və Maliyyə Nazirliyində işləyib. 2017-ci ilin oktyabrından 2021-ci ilin yanvarınadək AZPROMO-da layihə meneceri, 2021-ci ilin yanvarından 2022-ci ilin fevralınadək marketinq meneceri olub. 2022-ci ilin fevral–iyul aylarında İxracın təşviqi departamentinin direktoru, 2022-ci ilin iyulundan 2024-cü ilin yanvarınadək icraçı direktorun müşaviri vəzifəsində çalışıb.
2024-cü ilin yanvarından AZPROMO-nun icraçı direktorunun müavinidir.
Təhsil
- 2009-cu ildən — Azərbaycan Dövlət İqtisad Universiteti, biznesin idarə edilməsi, bakalavr