Məsim Əhməd oğlu Məmmədov
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Tərcümeyi-hal
Məsim Əhməd oğlu Məmmədov Bakının Novxanı qəsəbəsində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (o zamankı Neft və Kimya İnstitutu) bitirib, təhsili dövründə institutun komsomol komitəsinin katibi olub.
1990–1992-ci illərdə keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərindəki Ali Məktəbində təhsil alıb. 1992-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb, 1999-cu ildə NATO-nun sülhməramlı qüvvələri tərkibində Azərbaycan sülhməramlı heyətinin Kosovodakı missiyasında xidmət edib. Sonrakı illərdə Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndəliyində çalışıb.
İqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib, Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupuna rəhbərlik edib. Rus, fransız və ingilis dillərini bilir.
2024-cü il martın 13-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Mənbə: Oxu.az.
Xəbərlərdə
-
Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edib 28 mart 2023