Operativ Məlumat Mərkəzi

"Zvartnots"dan çıxarılan Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədində xidmətə başlayıblar

1 dəq
Paylaş:
"Zvartnots"dan çıxarılan Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədində xidmətə başlayıblar
bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. “Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən,...

İrəvanın “Zvartnots” hava limanında xidmətini başa vuran Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində dövlət sərhədinin mühafizəsi Rusiya FTX Sərhəd Xidmətinin hərbçiləri tərəfindən həyata keçirilir”, - məlumatda bildirilib.

Bununla belə, MTX hava limanında xidmət edən Rusiya sərhədçilərinin sayını açıqlamaqdan imtina edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər