Operativ Məlumat Mərkəzi

Zubir Avropa Liqasında həftənin oyunçusu seçilib

1 dəq
Paylaş:
Zubir Avropa Liqasında həftənin oyunçusu seçilib
UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb. O,...

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.

O, səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.

Xatırladaq ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər