Əsas məzmuna keç

Zığ yolunda sürət həddi endirildi

Zığ yolunda sürət həddi endirildi

Bakıdakı yağışlı hava Zığ-Hava Limanı yolunda hərəkətə təsir etdi. NİİM bəzi zolaqlarda 20 km/saat məhdudiyyət tətbiq etdi. Sürücülər üçün vacib xəbərdarlıq!

en ru

Bakıda müşahidə edilən yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə həddi 20 km/saat endirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib. Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişiklik edilib və eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən yollarda diqqətli olmaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…