Əsas məzmuna keç

Zığ-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Zığ-Hava Limanı yolunda sürət həddi bərpa edildi

NİİM paytaxtın əsas magistralında intensiv yağıntılarla bağlı tətbiq edilən məhdudiyyətləri ləğv etdi. Sürücülər üçün hərəkət rejimi ilə bağlı son təfərrüatlar burada.

en ru

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə endirilən həddi bərpa olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, yağışlı ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, aprelin 5-6-da şəhəri və yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…