Zığ dairəsi – Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi endirilib

Zığ dairəsi – Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi endirilib
21.10.2024 12:42
Aa
dəq

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Həftənin ən çox oxunanları