Zəngəzur marşrutu Ermənistanın, yoxsa İranın zərərinədir? - Eksperlərdən AÇIQLAMA

Zəngəzur marşrutu Ermənistanın, yoxsa İranın zərərinədir? - Eksperlərdən AÇIQLAMA
05.08.2024 14:10
Aa
dəq

Tehranda parlament binasında yeni seçilən prezident Məsud Pezeşkianın andiçmə mərasimi oldu. Prezidentin andiçmə mərasimində 80 dövlətin rəsmiləri iştirak edib. 80 dövlət rəsmisinin arasında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov da yer alıb. Baş nazir Nikol Paşinyanı Məsud Pezeşkian və İranın ali lideri Əli Xamenei qəbul edərkən, Əli Əsədovu isə vitse-prezident Məhəmməd Rza Arif qəbul edib. Pezeşkian isə sadəcə iyulun 31-i Azərbaycanın baş nazirini qəbul edib. Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Amma bu məmnunluq ifadəsində nə qədər səmimiyyət var?

Maraqlısı da budur ki, Əli Xamenei Paşinyan ilə görüşdən sonra öz “X” hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, Zəngəzur marşurtu Ermənistanın zərərinədir. İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqda dayanıqlıdır. Paşinyan isə buna cavab olaraq bildirib ki, Ermənistan öz ölkəsinin ərazisində heç bir regiondan kənar marşrutu tanımır. 

Bu postu farsca yazmaqla yanaşı, eyni zamanda həm azərbaycanca, həm də türkcə yazması açıq-aydın ötürülən mesajın göstəricisidir. Bəs İran niyə yenidən bu işə qarışır? Burada əsas məqsəd nədir? İran Zəngəzur dəhlizinin açılması ilə bağlı maneə yarada bilərmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, Əli Xameneini “ Zəngəzur dəhlizi İrana ziyandır” desə idi daha doğru olardı.

Bakupost.az - “Dini radikallar məqam gözləyirlər" - İlham İsmayıl

“Çünki İran özünün nəzarətindən kənar Türkiyə ilə Azərbaycan arasında və bunun davamı olan Mərkəzi Asiyadakı türk dövlətlərini birləşdirən yolun olmasını heç istəmir. Zəngəzur yolunun Ermənistan üçün xeyrindən başqa heç bir zərəri yoxdur. Ermənistan həm yoldan aldığı maliyyə gəlirlərinə, həm də Rusiyaya dəmiryol və quru yol çıxışına görə maraqlı tərəfdir. Eyni zamanda, İran bu yolun birbaşa Ermənistanın nəzarət etməsini dolayısı ilə Qərblə bağlayır, bu səbəbdən də əleyhinədir”. 

Ekspert deyir ki, yola Rusiya nəzarət edərsə, İran bunu sükutla qarşılayacaq. Sadəcə olaraq, İran Rusiyanın Cənubi Qafqazda perspektivini dumanlı gördüyünə görə, bu yolun Ermənistanın və ya Qərbin nəzarətində olmasının və bu yoldan Türk dünyasının birbaşa əlaqəsinin əleyhinədir. İran ərazisindən keçən alternativ yol İranın Türkiyə və Azərbaycana təzyiq vasitəsi ola bilər, ona görə də İran Zəngəzur yolunun Ermənistanın da əleyhinə olduğunu vurğulayır.

Встреча Пашинян-Пезешкиан: нацелены на углубление отношений | 1news.az |  Новости

“Baş nazirlərin İrana getməsi məsələsinə gəldikdə isə, status eyni olsa da parlamentli respublikanın Baş naziri ilə prezident üsul idarəli dövlətin baş naziri arasında fərq hər iki tərəf üçün aydındır. Pezeşkianın Paşinyanı qarşılaması ilə öldürülüən İsmayil Haniyənin qarşılamasında da fərq açıq görünür. Paşinyanı Haniyə kimi qucaqlayıb öpmədi. Eyni zamanda Pezeşkiandan inqilabi dəyişiklik gözləmək sadəlövhlük olar. Qəbuletmədə zaman məsələsinin önəmi yoxdur. Əsas münasibətdir. Arzulayaq ki, münasibətlər yaxşılaşsın”.

İ.İsmayıl vurğulayır ki, İran Ermənistanla daha isti münasibətlərdədir. İranla Ermənistan arasında daha çox strateji yaxınlıq var, nəinki Azərbaycanla. İran Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı istifadə edib və edir. Amma, Ermənistanın açıq Qərbyönümlü siyasətinin sonunda bölgəyə daha çox kənar qüvvələrin gəlmə ehtimalının artdığı İran üçün gizli deyil və Azərbaycanla münasibətlərində inqilabi olmasa da, bəzi dəyişiklilər etdiyi hiss olunur. Bu siyasi xəttə İran daxilində maneə olan qüvvələr də var və bu səbəbdən Pezeşkianın davranışlarında bir ehtiyatlılıq hiss olunur. Hər halda yeni İran prezidentindən Azərbaycanla münasibətlərin normallaşması barədə gözləntilər var və ümid edək ki, bu gözləntilər Azərbaycanın maraqlarının əleyhinə olmayacaq.

“İran elə bilir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra buradan təkcə Azərbaycan və ya Türkiyə deyil, NATO-da istifadə edə bilər. Ona görə də İran hakimiyyəti bu dəhlizin açılmasına heç bir halda razı deyil”.

Bu sözləri isə siyasi şərhçi Sədrəddin Soltan saytımıza açıqlaması zamanı bildirib.

Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola  bilər"

S.Soltan deyir ki, dəhlizi gözdən salmaq və ləkələmək üçün müəyyən şər və böhtanlar irəli sürürlər. Ermənistanın həmin xətlə Avropa və Mərkəzi Asiyaya çıxması mümkündür. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa hazırdır, amma İran hakimiyyəti bu əməkdaşlığı dəstəkləmir. İran istəyir ki, Ermənistan Rusiyadan sonra ən çox ondan asılı olsun. Bu yol ilə də İran Ermənistan vasitəsi ilə regionda Türkiyə və Azərbaycana təyziq göstərmək istəyir. Ona görə də Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu