“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
11.01.2024 15:24
Aa
dəq

Cənab Prezident çıxışında Azərbaycandan Azərbaycana keçiddə heç bir yoxlama olmayacağı fikrini bildirdi. Əsas məsələ budur ki, həm Naxçıvan eyni zamanda Azərbaycanın digər bölgələri arasında ermənilər çalışırdılar ki, Qarabağ məsələsi də başlayanda bu quru sərhədlər yoxa çıxsın. Bu gün artıq Zəngəzur dəhlizinin açılması, məhz həmin quru sərhəddin də, quru yolun da açılması deməkdir. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Arzu Nağıyev bildirib.

Bunun ən yaxşı çıxış yolu məlum məsələdir ki, digər dövlətlərin ərazisindən deyil, birbaşa Zəngəzur dəhlizi, məhz dəhliz vasitəsilə bu yolun keçməsidir. Yəni, başqa cür ola da bilməz. Çünki bu tək Ermənistanın və yaxud digər dövlətlərin istəyi deyil, bu dünya miqyasında elə bir yoldur ki, logistik daşımalarda istər region, istərsə də digər dövlətlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də Cənab Prezidentin dediyi həmin məsələ çox mühüm məsələdir və ermənilər də bundan özləri üçün nəticə çıxarmalıdır.

“Bu, tək Azərbaycan üçün önəm kəsb etmir, hətta Ermənistanın özü tənəzzülə uğramış iqtisadiyyatını vəziyyətdən çıxarmaq üçün bu yolun açılmasında maraqlı olmalıdır”,- deyə millət vəkili bildirib.

Bir neçə gün öncə Türkiyə tərəfi də belə bir açıqlama yaydı ki, artıq müsbət siqnallar var. Ermənilər dərk edir ki, tək İran və Gürcüstan vasitəsilə çıxışlar deyil, eyni zamanda bu yol vasitəsilə onlar öz yüklərini də, eyni zamanda daşımaların da Avropaya çatdırmaq imkanına malikdirlər. Yəni həm Türkiyə sərhədinin, həm də Zəngəzur dəhlizinin açılması müsbət bir haldır. Azərbaycan daima bunun tərəfindədir. Düşünürəm ki, bu yol mütləq şəkildə açılmalıdır və açılacaqdır.

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

"Əsirlərin dəyişdirilməsi tarixi hadisədir" - ŞƏRH

DAVAMIN OXU davamın oxu