Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski: Ukraynanın Aİ üzvlüyü Avropa üçün təhlükəsizlikdir

2 dəq
Paylaş:
Zelenski: Ukraynanın Aİ üzvlüyü Avropa üçün təhlükəsizlikdir

Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitində çıxışı zamanı bildirib ki, Avropanın gələcəyi Ukraynanın müdafiəsi ilə müəyyən olunur və Kiyevin Aİ-yə sürətləndirilmiş üzvlüyü birlik üçün ən etibarlı zəmanətidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zelenski çıxışında Ukraynanın ilə davam edən müharibənin bu ilin sonunadək başa çatmasını istədiyini vurğulayıb.

O, Avropa ölkələrini Ukraynanın qarşıdakı qış mövsümünə hazırlaşmasına dəstək verməyə çağıraraq, Kiyevin - sistemləri və yanacaqla təmin edilməsinin vacibliyini qeyd edib.

Ukrayna lideri X sosial şəbəkəsində yayımladığı çıxışında ölkəsinin azadlığı və müstəqilliyi uğrunda ağır bədəl ödədiyini bildirərək, Ukraynanın Aİ üzvlüyünə digər ölkələrdən daha çox layiq olduğunu deyib.

"Avropanın azad, birləşmiş və dinc gələcəyi Ukraynanın müdafiəsi ilə müəyyən edilir. Bu, üzləşdiyimiz vəziyyətin nə qədər müstəsna olduğunu göstərir", - deyə Zelenski bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax