Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 18 fevral 2026-cı il tarixli "Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında" qərarı qüvvəyə minib.
Fərmana əlavə edilmiş sənədlərdə sanksiyaların birbaşa Aleksandr Lukaşenkoya qarşı yönəldiyi dəqiqləşdirilib. Məhdudiyyətlər paketinə aşağıdakılar daxildir:
- İqtisadi aktivlərin dondurulması;
- Ticarət əməliyyatlarının məhdudlaşdırılması;
- Maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması;
- Digər xüsusi iqtisadi və məhdudlaşdırıcı tədbirlər.