Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Putini Kiyevə dəvət edə bilərəm, qoy gəlsin"

2 dəq
Paylaş:
"Putini Kiyevə dəvət edə bilərəm, qoy gəlsin"

Prezidenti Volodimir Zelenski Moskvada Prezidenti Vladimir Putinlə görüşmək ehtimalını qəti şəkildə rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zelenski bunun əvəzinə Putini Kiyevə edib:

"Əlbəttə ki, mənim Moskvada Putinlə görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə , qoy gəlsin. Əlbəttə ki, əgər o, bunu etmək qərarına gələrsə, mən onu açıq şəkildə dəvət edəcəyəm".

O, Ukraynanın müharibəyə real son qoymaq üçün konstruktiv bir razılığa gəlmək istədiyini vurğulayıb. Zelenski Ukraynanın müharibəni bitirməkdə ciddi olduğunu bir daha vurğulayıb.

"Buna görə də, səviyyəsində istənilən real görüş formatı mənim üçün məqbuldur. Lakin Moskva və Belarusda belə bir görüşün keçirilməsi sadəcə mümkün deyil və bunun səbəbi tamamilə aydındır. Çünki onlardan biri təcavüzkardır, bizə qarşı müharibəyə başlayıb və bizi öldürür, digər ölkə isə bu hərəkətlərdə onun tərəfdaşıdır”, - Zelenski qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax