Operativ Məlumat Mərkəzi

Zelenski Türkiyədə səfərdədir

1 dəq
Paylaş:
Zelenski Türkiyədə səfərdədir
məlumatı “Haber Global” yayıb. Bildirilib ki, Ukrayna liderini müşayiət edən nümayəndə heyəti arasında müdafiə naziri Rüstəm Umerov da var. Ukraynalı...

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, Ukrayna liderini müşayiət edən nümayəndə heyəti arasında müdafiə naziri Rüstəm Umerov da var.

Ukraynalı qonaqları İstanbul Hava Limanında Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsi Mehmet Zahit Uzun, Zeytinburnu icra başçısı Adem Uslu, 1-ci Ordu Baş Qərargah rəisinin müavini, briqada generalı Əli İhsan Bulut qarşılayıblar.

Məlumata görə, V.Zelenski martın 8-də axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər