Operativ Məlumat Mərkəzi

Zelenski qərargahda enerji obyektlərinin mühafizəsini müzakirə edib

1 dəq
Paylaş:
Zelenski qərargahda enerji obyektlərinin mühafizəsini müzakirə edib
bu barədə xarici KİV məlumat yayıb. "Biz obyektlərin mühəndis mühafizəsinin vəziyyətini və istehkamların tamamlanma qrafikini nəzərdən keçirdik",- deyə...

Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə bildirib ki, o, Ali Baş Komandanla görüş keçirib, burada ölkənin enerji obyektlərinin mühafizəsi müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz obyektlərin mühəndis mühafizəsinin vəziyyətini və istehkamların tamamlanma qrafikini nəzərdən keçirdik",- deyə qeyd olunub.

O, həmçinin bildirib ki, elektron müharibə və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, o cümlədən Kiyevin yaxın gələcəkdə gözlədiyi Patriot sistemlərinin nəzərdən keçirilməsi müzakirə olunub.

Zelenski həmçinin bildirib ki, Ukraynada raket, pilotsuz uçan aparat və elektron döyüş avadanlıqlarının istehsalı ilə bağlı qərarlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər