Operativ Məlumat Mərkəzi

Zelenski pilotsuz uçuş aparatı ilə Kremlə hücuma münasibət bildirib

1 dəq
Paylaş:
Zelenski pilotsuz uçuş aparatı ilə Kremlə hücuma münasibət bildirib

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın BBC teleradiosuna müsahibəsində deyib.

O, Ukraynanın bu hücumda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər