Operativ Məlumat Mərkəzi

Trampın Zelenski ilə bağlı açıqlamaları Avropa liderlərini narahat edə bilər - KİV

2 dəq
Paylaş:
Trampın Zelenski ilə bağlı açıqlamaları Avropa liderlərini narahat edə bilər - KİV
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin həllinə mane olması ilə bağlı açıqlaması Avropa liderləri arasında...

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin həllinə mane olması ilə bağlı açıqlaması Avropa liderləri arasında narahatlıq yarada bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Məqalədə qeyd olunur ki, Trampın bu cür açıqlaması Ukrayna məsələsində “sərt güzəştlərə” gedə biləcəyi ehtimalını gücləndirdiyi üçün Avropa liderlərini ciddi şəkildə narahat edir. Bildirilir ki, ABŞ Prezidenti tərəflər arasında danışıqlarda qalmaqda olan fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə belə bir mövqe sərgiləyə bilər.

"Bloomberg"in müəlliflərinə görə, Trampın bu bəyanatı son həftələrdə Rusiya Prezidenti Vladimir Putinin mövqeyindən narazılığını ifadə etdiyi əvvəlki açıqlamalarından fərqlənir.

Qeyd olunur ki, Donald Tramp daha əvvəl də Kiyevin mövqeyinə görə Ukraynadakı münaqişənin həllinin gecikdiyini bildirmişdi. ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinin münaqişəyə son qoymağa hazır olduğuna inandığını da açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər