Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pentaqonun İranla qarşıdurma barədə açıqlamaları suallar doğurur

2 dəq
Paylaş:
Pentaqonun İranla qarşıdurma barədə açıqlamaları suallar doğurur

-nin "" nəşri Pentaqonun İranla son qarşıdurmalarla bağlı açıqladığı məlumatların tam mənzərəni əks etdirmədiyini iddia edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nəşr adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İordaniyada iki amerikalı hərbçinin öldüyü və bir nəfərin itkin düşdüyü hücumdan əvvəl İran bölgədəki ABŞ qüvvələrinə daha üç hücum həyata keçirib. Mənbələrin iddiasına əsasən, həmin hücumlar zamanı çox sayda ABŞ hərbçisi yaralanıb, bir neçə helikopter isə zədələnib. Bildirilir ki, bu hadisələr Pentaqonun rəsmi açıqlamalarında yer almayıb.

Qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının () nümayəndələrindən biri, qısa müddətdə xidmətə qayıdan hərbçilərlə bağlı məlumatların ictimaiyyətə açıqlanmasının məcburi olmadığını bildirib.

Xatırladaq ki, CENTCOM daha əvvəl İordaniyadakı ABŞ bazasına hücum nəticəsində iki hərbçinin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü təsdiqləmişdi. ABŞ tərəfi hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax