Estoniyanın keçmiş baş naziri Kay Kallasın Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri təyin edilməsi onu göstərir ki, Qərb kadr seçimində daha rahat olduğu namizədlərə üstünlük verir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Trend aydındır: Onlar ən yaxşısını deyil, faydalı, həssas və idarə oluna bilənləri seçirlər",- deyə bildirib.