"Yuventus"un mərkəz müdafiəçisi Federiko Qatti yay transfer pəncərəsində klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun xidmətində bir neçə tanınmış komanda maraqlıdır.
27 yaşlı italiyalı oyunçuya Premyer Liqa təmsilçilərindən ciddi tələbat var. Xüsusilə "Everton", "Aston Villa", "Fulham" və "Crystal Palace" kimi klublar onu öz heyətində görmək istəyir.
Buna baxmayaraq, müdafiəçi İngiltərəyə yollanmağa tələsmir. O, ya "Yuventus"da qalmağı, ya da A Seriyasının digər bir komandasına keçməni üstün tutur.
Xatırladaq ki, ötən yay "Napoli", qışda isə "Milan" onunla yaxından maraqlanırdı. Turin təmsilçisi isə bu ehtimal edilən transferdən 20-25 milyon avro civarında gəlir əldə etməyi planlaşdırır.