Operativ Məlumat Mərkəzi

Zakir Həsənov və Hulusi Akar Konyada "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər

1 dəq
Paylaş:
Zakir Həsənov və Hulusi Akar Konyada "Anadolu Qartalı-2023" təlimlərini izləyiblər
H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb. Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi...

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb.

Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib.

Brifinqdən sonra təlim çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirlib.

Z.Həsənov, H.Akar və digər qonaqlar təlimlərin əsas mərhələsini izləyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər