Əsas məzmuna keç

Zakir Həsənov italiyalı həmkarı ilə danışdı

Zakir Həsənov italiyalı həmkarı ilə danışdı

Müdafiə naziri Qvido Krozetto ilə hərbi təlimlər və enerji tərəfdaşlığı üzrə müzakirə aparıb. Naxçıvana dron hücumu və regionun təhlükəsizliyi xəbərimizdə.

ru en

Azərbaycanın general-polkovnik italiyalı həmkarı Qvido ilə görüşüb və Yaxın Şərq, həmçinin Cənubi Qafqazda sabitliyin qorunmasını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat İtaliyanın Müdafiə Nazirliyinin "X" hesabında paylaşılıb.

"Azərbaycanın Avrasiya regionunda rolu fundamental xarakter daşıyır və ölkə İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaşdır", - məlumatda qeyd olunub.

Qvido Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırladıb:

"Eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyimi vurğuladım".

Qeyd edək ki, nazirlər söbət zamanı ikitərəfli , xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib. "Həmçinin, davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Krozetto qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…