Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zakir Həsənov azad edilən ərazilərdə hərbi hissələrdə oldu

1 dəq
Paylaş:
Zakir Həsənov azad edilən ərazilərdə hərbi hissələrdə oldu

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir edilən və yeni inşa olunan mərkəzi, eləcə də hissələrdə görülən işlərlə tanış olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin -məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və -döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.

Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax