Əsas məzmuna keç

Zabux sakinlərinə mənzillərinin açarları təqdim edilib

Zabux sakinlərinə mənzillərinin açarları təqdim edilib

şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb. Yeni ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.

Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…