Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Zabux kəndinə növbəti köç karvanı yola düşüb
15.12.2023 06:45
Aa
dəq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 25 (92 nəfər) ailədən ibarət növbəti köç karvanı dekabrın 15-də yenidən qurulan Laçın rayonunun Zabux kəndinə yola salınıb.

Bakı (9 ailə, 36 nəfər) və Sumqayıt ( 3 ailə, 10 nəfər) şəhərlərindən, Abşeron rayonundan (4 ailə, 16 nəfər) köçürülən ümumilikdə 16 ailə, 62 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola düşüb.

Mingəçevir şəhərində (1 ailə, 4 nəfər), Bərdə (6 ailə, 20 nəfər), Lənkəran (1 ailə, 4 nəfər) və Ağcabədi (1 ailə, 2 nəfər) rayonlarında yaşayan 9 ailə, 30 nəfər isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (568 nəfər) köçürülüb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görək Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Həftənin ən çox oxunanları

Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb - SƏRƏNCAM

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb - SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Növbəti erməni təxribatının qarşısı alındı - AÇIQLAMA

Növbəti erməni təxribatının qarşısı alındı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib

Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib
DAVAMIN OXU davamın oxu

XİN: Azərbaycan Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırır

XİN: Azərbaycan Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırır
DAVAMIN OXU davamın oxu