Əsas məzmuna keç

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması işləri başladı

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması işləri başladı

Bakı Şəhər İcra Hakimiyyəti ərazilərə nasoslar və ağır texnika cəlb edib. İntensiv yağışların fəsadları aradan qaldırılır, təxliyə işlərinin detalları burada.

en ru

İntensiv yağan yağışlar nəticəsində Zabrat-Maştağa yolunda subasma müşahidə edilən ərazilərə dərhal xüsusi cəlb olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hazırda həmin ərazilərə yığılmış suyun çəkilməsi prosesi davam edir.

Qeyd edək ki, bu günlərdə Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Bakı şəhərində subasma müşahidə edilən ərazilərdə şəhərin əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə sularını çəkir, həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb edilib.

Yaranmış vəziyyətlə bağlı yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir və operativ şəkildə aidiyyəti qurumlara məlumat verirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…