Operativ Məlumat Mərkəzi

"ABŞ-nin İranla bağlı siyasətinin arxasında daha geniş strateji planlar dayanır"

4 dəq
Paylaş:
"ABŞ-nin İranla bağlı siyasətinin arxasında daha geniş strateji planlar dayanır"
"ABŞ-nin İranla bağlı siyasətinin arxasında yalnız rejim dəyişikliyi məqsədi deyil, daha geniş və uzunmüddətli geosiyasi və iqtisadi planlar dayanır. İran...

"ABŞ-nin İranla bağlı siyasətinin arxasında yalnız rejim dəyişikliyi məqsədi deyil, daha geniş və uzunmüddətli geosiyasi və iqtisadi planlar dayanır. İran həm Körfəz regionunda, həm də Orta Şərqdə ABŞ üçün strateji baxımdan olduqca önəmli dövlətdir və bu səbəbdən regionda baş verən proseslərdə bir sıra qaranlıq və paradoksal məqamlar müşahidə olunur".

Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında konfliktoloq Elman Vəliyev bildirib.

Onun sözlərinə görə, ABŞ-nin İranda rejim dəyişikliyi istəyi ilə bağlı səsləndirdiyi arqumentlər tarixi faktlarla ziddiyyət təşkil edir.

Ekspert qeyd edib ki, əgər ABŞ doğrudan da İranda mövcud rejimin dəyişməsini istəyirdisə, 1979-cu ildə bu rejimin formalaşmasına şərait yaratması ciddi suallar doğurur:

“Xomeyninin hakimiyyətə gəlməsi ABŞ-nin da dolayısı ilə yaratdığı siyasi şərait nəticəsində mümkün oldu. Bu baxımdan bugünkü ritorika ilə o dövrdəki addımlar arasında ciddi paradoks var”.

Dcv d ubeb fvjpg

Elman Vəliyev bildirib ki, ABŞ-nin İranla bağlı siyasətində əsas prioritetlərdən biri İsrailin təhlükəsizliyinin təmin olunması və onun regional üstünlüyünün qorunmasıdır. Onun fikrincə, regionda baş verən proseslər “Böyük İsrail” layihəsi kontekstində də dəyərləndirilə bilər və ABŞ üçün əsas məqsəd İsrailin mövcudluğunu möhkəmləndirmək və təsir dairəsini genişləndirməkdir.

Konfliktoloq ABŞ-nin enerji siyasətinin bu proseslərdə mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, İran dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkələrindən biri hesab olunur və bu amil Vaşinqtonun strateji planlarında xüsusi yer tutur.

Elman Vəliyev xatırladıb ki, ABŞ bundan əvvəl Venesuelada öz maraqlarını təmin edib və neft ehtiyatlarına görə dünyada ilk yeri tutan bu ölkənin enerji resursları hazırda faktiki olaraq ABŞ-nin nəzarəti altındadır. Onun sözlərinə görə, İran da neft ehtiyatlarına görə ilk üç-dörd ölkə sırasında yer alır:

“ABŞ bu cür enerji resurslarına nəzarət etməklə Çin və Qərbi Avropanı enerji böhranı ilə üz-üzə qoymağa çalışa bilər və belə bir ssenari strateji baxımdan məntiqli görünür”

Elman Vəliyev ABŞ-nin İrana qarşı birbaşa nüvə silahından istifadə etməsini real hesab etmədiyini bildirib. Onun fikrincə, İrana nüvə silahı atılması qlobal miqyasda ağır fəlakətə səbəb ola bilər və bu ssenari mümkün variant kimi dəyərləndirilmir.

İran nüvə silahı əldə etməyə çox yaxındır - Agentlikdən HƏYƏCAN TƏBİLİ

O, əlavə edib ki, nüvə silahının tətbiqi halında region ölkələri, o cümlədən Azərbaycan ciddi təhlükələrlə üzləşə bilər:

“Radiasiyadan qorunmaq son dərəcə çətindir və Xirosima ilə Naqasaki nümunələri bu təsirin onilliklər boyu davam etdiyini göstərir”.

Ekspert daha real ssenari kimi İranın nüvə obyektlərinin vurulmasını göstərib və bu addımın əsasən psixoloji və siyasi mesaj xarakteri daşıdığını, məqsədin isə digər dövlətləri nüvə silahı əldə etməkdən çəkindirmək olduğunu qeyd edib.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər