"Yuventus" və PSJ "Liverpul"un hücumçusu Məhəmməd Salahla maraqlanır
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Məlumata görə, turinlilər və parislilər təcrübəli hücumçu axtarır və 32 yaşlı misirlinin onların oyununa tam uyğunlaşacağına inanırlar.
Daha əvvəl hücumçu "Liverpul"dan ayrılmağı düşündüyünü bildirmişdi.
Salah 2017-ci ildən İngiltərə klubunda çıxış edir. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin yayında başa çatır. Forvard mersisaydlıların heyətində 352 oyun keçirib, 214 qol vurub və 92 məhsuldar ötürmə edib.