"Yuventus"un hücumçusu Duşan Vlahoviç qış transfer pəncərəsində satıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qışda məqbul təkliflər alınarsa, "Yuventus" forvardı satmağı düşünəcək.
"Transfermarkt" portalında Duşan Vlahoviçin dəyəri 65 milyon avrodur.
24 yaşlı futbolçunun "qoca sinyora" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bu mövsüm futbolçu 16 matçda 9 qol vurub və bir məhsuldar ötürmə edib.