“Kristal Pelas”ın cinah müdafiəçisi Tayrik Mitçell karyerasını İtaliyada davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Məlumata görə, 27 yaşlı futbolçu ilə Turin təmsilçisi “Yuventus” maraqlanır. Transferin yanvar ayında reallaşa biləcəyi və mümkün sövdələşmənin dəyərinin 23,3 milyon avro təşkil edəcəyi qeyd olunur.
Mitçellə İngiltərədən də maraq var
İngiltərə Premyer Liqasının bir neçə klubunun da müdafiəçinin xidmətində maraqlı olduğu bildirilir.
Mitçell bu mövsüm bütün turnirlər nəzərə alınmaqla altı oyunda meydana çıxıb və iki qola imza atıb. Onun “Kristal Pelas”la hazırkı müqaviləsi gələn ilin yayına qədər qüvvədədir.