"Yuventus" bu futbolçu üçün 55 milyon avro təklif edib

"Yuventus" bu futbolçu üçün 55 milyon avro təklif edib
12.08.2024 16:30
Aa
dəq

"Yuventus" yarımmüdafiəçi Teun Kopmainersin transferi ilə bağlı danışıqlar aparır.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Turin klubu 26 yaşlı hollandiyalı üçün 55 milyon avro təklif edib.

Avqustun 9-da "Atalanta"nın baş məşqçisi Pierre Qasperini "Yuventus"la danışıqlar səbəbindən futbolçunu komanda ilə məşqdən kənarlaşdırdığını söyləyib.

Kopmainers 2021-ci ilin avqustundan "Atalanta"da çıxış edir.

Həftənin ən çox oxunanları