"Atletiko"nun və İspaniya millisinin hücumçusu Alvaro Morata yenidən "Yuventus"un formasını geyinə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzion məlumat yayıb.
Qeyd edilib ki, bir neçə klub tərəfindən izlənilən Moise Kin bu yay Turini tərk edə bilər. Belə olan halda "Yuventus" 2014-2016 və 2020-2022-ci illərdə iki dəfə "Byankoneri"də çıxış etmiş ispaniyalının transferini nəzərdən keçirməyə hazırdır.
Alvaro Morata "Yuventus"un heyətində 185 oyuna çıxıb, 59 qol vurub və 39 məhsuldar ötürmə edib.
Bununla belə, "Yuventus" hücumçu uğrunda "Roma" və "Milan"la yarışmalı olacaq.