Yunanıstanda tələbələr və təhsil işçiləri hökumətin üzərində işlədiyi və ölkədə özəl universitetlərin açılmasına icazə verəcək qanun layihəsinə qarşı 8-ci dəfə etiraz aksiyası keçiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Etirazçılar hökumətin parlamentdə qəbul etməyi planlaşdırdığı özəl universitetlər haqqında yeni qanun layihəsinə qarşı olduqlarını bildiriblər və təhsilə daha çox büdcə ayrılmasını tələb ediblər.
Xatırladaq ki, hökumət ölkədə özəl universitetlərin fəaliyyət göstərməsinə və mövcud kolleclərin diplomlarının tanınmasına imkan verən qanun layihəsi üzərində işləyir.