Əsas məzmuna keç

Yunanıstanda parlament binası qarşısında gecələyən fermerlər Afinanı tərk ediblər

Yunanıstanda parlament binası qarşısında gecələyən fermerlər Afinanı tərk ediblər

bu barədə xarici KİV məlumat yayıb. Hökumətin siyasətinə etiraz edən fermerlər polisin müəyyən etdiyi marşrut üzrə traktorları ilə Sintaqma meydanını...

Ötən gün ölkənin hər yerindən Afinaya gələn fermerlər gecəni Sintaqma meydanında binası qarşısında traktorları ilə keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hökumətin siyasətinə etiraz edən fermerlər polisin müəyyən etdiyi marşrut üzrə traktorları ilə Sintaqma meydanını tərk ediblər.

Fermerlər hökumətdən istehsal xərclərinin, xüsusilə dizel, elektrik enerjisi, gübrə və pestisid qiymətlərinin aşağı salınmasını, vergi yüklərinin yüngülləşdirilməsini və təbii fəlakətlərdən zərər çəkən fermerlərə dəstək verilməsini tələb ediblər.

Fermerlər daxili bazarda satılan xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının üzərində “Made in Greece” yazısının da qarşısını almaq istəyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…