Yunanıstanın şimalındakı Serres şəhərinin beş yaşayış məntəqəsində içməli suda təhlükəli miqdarda uran aşkar edildikdən sonra su içmək və yemək bişirmək qadağan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi yaşayış məntəqələrində içməli suda qanuni həddən artıq uran aşkar edilib.
Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAŞ) baş direktoru Nikos Safarikas, nəzarətlərin tez-tez fasilələrlə təkrarlandığını və alınan nümunələrin analiz üçün ölkədəki yeganə səlahiyyətli laboratoriya olan Demokritos Araşdırma Mərkəzinə göndərildiyini bildirdi.
O, DEYAŞ-ın uranın aşkar edildiyi bölgələrdə suyun təmizlənməsi işləri üçün layihə hazırlıqlarına başladığını açıqlayıb.