Yunanıstan daşqında zərər çəkən ərazilərdə epidemiya xəbərdarlığı edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumət əhalini əsas su mənbələrinndən istifadə etməməyə səsləyib.
Belə ki, əhalidə qızdırma, öskürək, baş ağrısı, ishal halları görünməyə başlayıb. Səhiyyə Nazirliyindən verilən məlumata əsasən Qərbi Nil virusuna yoluxma halları da arta bilər.
Həmçinin, təbii fəlakət zamanı tələf olan heyvanlar da sağlamlıq üçün təhlükə yaratdığı bildirilib.