Operativ Məlumat Mərkəzi

Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar

1 dəq
Paylaş:
Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar
{"az":"bu barədə xarici KİV məlumat verib. İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı...","en":"","ru":""}

Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə çıxıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü kimi seçilib.

Fəallar hökumətdən yaşayış minimumuna qarşı tədbirlər görməyi, maaşların artırılmasını və dövlət sektorunda kadrların sayını artırmağı tələb ediblər.

Digər tərəfdən, fəallar ötən il fevralın 28-də Tempidə baş verən qatar qəzasına aydınlıq gətirilməsini və günahkarların cəzalandırılmasını da tələb ediblər.

Bəzi nümayişçilər əllərində Fələstin bayraqları və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər